Sosial Araşdırmalar

Sosial araşdırmalar, cəmiyyətin yaranan sosial problemləri necə qəbul etdiyini və qiymətləndirdiyini, hadisələrə münasibət və davranışlarının necə dəyişdiyini ortaya çıxaran araşdırmalardır. Sosial araşdırmalar cəmiyyətlə bağlı situasiya analizi aparmaqla yanaşı, cəmiyyətin gələcək inkişafı üçün hazırlanan və ya hazırlanmalı olan sosial siyasətlərin öncədən müəyyənləşdirilməsini təmin edir. Bir sözlə, sosial araşdırma sosial həqiqəti üzə çıxarmağa yönələn araşdırmalardır.


Sosial araşdırmalardan bəziləri:

  • Dəyərlərin araşdırılması,
  • Sosial-mədəni araşdırmalar
  • Sosial-iqtisadi dəyişikliklər üzrə araşdırma,
  • Şəhərləşmə araşdırması,
  • Sosial-iqtisadi qruplar araşdırması,
  • Miqrasiya Tədqiqatları