Keyfiyyət
araşdırmaları

Fokus Qrup Müzakirələri, marketinq araşdırmalarında tez-tez istifadə olunan bir araşdırma metodudur. Fokus Qrup Müzakirələri, müəyyən bir sayda iştirakçının əvvəlcədən seçilmiş mövzu ilə bağlı fikirlərini söyləməsi üçün moderatorla bir araya gəldiyi və müzakirələrin aparıldığı keyfiyyət araşdırması metodudur. İştirakçılar tədqiqatın mövzusundan və həcmindən asılı olaraq müəyyən edilir. Qrup müzakirələri ümumilikdə 7-8 iştirakçı ilə aparılır. Araşdırma məqsədindən asılı olaraq 4-5 iştirakçıdan ibarət mini qruplar da təşkil edilə bilir.

Fokus Qrup Müzakirələri 1.5 – 2 saat arası müddətdə aparılır. İştirakçılara görüşməyə gəldikləri üçün hədiyyələr verilir. 

Fokus Qrup Müzakirələrindən lazımı nəticələri əldə etmək üçün iştirakçılar ilk dəfə iştirak etməli və araşdırma kriteriyalarına uyğun olaraq kvota tətbiq edilməlidir. 

Qiymətləndirmə nəticələri DVD-də müştəriyə təqdim edilir. Ehtiyac olduqda, sinxron tərcümə edilir.

İştirakçıların seçilməsi məqsədilə əvvəlcədən təyin edilmiş  filtr sualları ilə üz-üzə və ya CATI sorğu metodu ilə iştirakçılarla öngörüşmə keçirilir. Daha sonra uyğun olan iştirakçılar seçilərək müzakirə görüşlərinə dəvət edilir. Təcrübəli moderator qrup tolandıqdan sonra araşdırmanın məqsədinə uyğun olaraq sualları ünvanlayır və tək- tək hər bir iştirakçının fikrini müzakirə edir.

Neytral düşüncəli və təcrübəli moderatorun iştirakı ilə fokus qrup müzakirələri sifarişçiyə araşdırma məqsədinə uyğun olaraq  vacib tapıntılar əldə etmə imkanı yaradır.  Bu araşdırma metodu ilə şirkətlər mövcud ehtiyaclarını ortaya çıxararaq, bu ehtiyacları digər araşdırma metodlarının nəticələri ilə  təsdiq edərək ən dəqiq strategiyaların tətbiq edilməsinə zəmin yaradacaqdır.

Business Insight Fokus Qrup Müzakirələri üçün aşağıdakı imkanlara sahibdir

Birtərəfli Güzgü otağı

Qrup müzakirələri keçirilən otaq birtərəfli güzgü ilə təchiz edilib. Bu otaqdan müştəri aparılan müzakirəni seyr edə bilir.

Müzakirə Otağında Video kamera

Otaqda yerləşdirilmiş video kamera ilə aparılan müzakirə video qeydə alınır və daha sonra həmin kadrları izləyərək analizlər aparmaq mümkün olur.

Səs Yazma Cihazı

Otaqda həmçinin səs yazma cihazı yerləşdirilib ki, iştirakçıların fikirləri eyni zamanda səs qeydi olaraq toplansın.

Online Sharing

Bu yolla aparılan müzakirəni istənilən məkandan müştərilərimiz izləmək imkanı əldə edir.

Sinxron Tərcümə imkanı

Təcrübəli tərcüməçilər vasitəsilə müzakirələr ingilis və rus dilinə tərcümə edilir.