GİZLİ MÜŞTƏRİ ARAŞDIRMALARI / KÖLGƏ MÜŞTƏRİ ARAŞDIRMALARI
Gizli müştəri işi nədir?
Gizli Müştəri Araşdırması nədir?
Gizli Müştəri Araşdırması/ Kölgə Müştəri Araşdırması nədir?
Bir markanın istehlakçı zehnindəki yeri, qiyməti, kampaniyaları, reklamları və məhsul çeşidinin nə qədər geniş olmasından asılı olmayaraq, şirkəti uğura aparan və rəqabət üstünlüyü təmin edən ən vacib amil yüksək xidmət səviyyəsi və məmnun müştəri profilidir. Xidmətdə mükəmməllik hər zaman hər bir müştəriyə yüksək səviyyədə xidmət göstərmək bacarığını tələb edir və bu nöqtədə Gizli Müştəri Araşdırmaları xidmətin mükəmməlliyini ölçmək üçün unikal bir üsuldur.
İşçilərinizin təlimləndirilməsi üçün hər il yüksək miqdarda investisiya ayrılır və nəticənin nə qədər gərçəkləşdiyini görmək üçün, əməkdaşlarınızın satdıqları məhsul / xidmət haqqında nə qədər məlumatlı olduğunu və ya müştərilərinizə daha yaxşı xidmət göstərmək üçün qaydalarınıza nə dərəcədə əməl etdiyini görmək üçün Gizli Müştəri Araşdırması etməlisiniz.
Gizli Müştəri Araşdırması niyə aparılmalıdır?
Gizli Müştəri Araşdırmalarının Faydaları :
- Müştəri məmnuniyyətinin artması
- Məhsullarınızın / xidmətlərinizin təqdim edilməsi standartlarının müəyyən edilməsi
- İşçilərin fəaliyyətində artım
- İşçilərin müştərilərə göstərdiyi xidmət səviyyəsinin artması
- Müştəri ilə sizin aranızdakı yeganə körpü olan personalınıza nəzarəti təmin etmək
- Rəqibləri izləmək bacarığı
- Təlim ehtiyaclarının müəyyənləşdirilməsi
- Şirkət gəlirlərinin artması
- Şirkətin öz hədəflərinə çatmasında sürətlənmə imkanı
- Şirkətin inkişaf prosesini izləyə bilmək
Gizli Müştəri Araşdırması üzrə metodologiya
- Bu araşdırma məqsədilə ssenari və qiymətləndirmə cədvəlindən istifadə edilir.
- Araşdırma mövzusu olan müəyyən bir satış və ya xidmət davranışını yoxlamaq üçün ssenari hazırlanır.
- Hər bir personal xidmət və ya satış üzrə müəyyən təlimlərdən keçir və xüsusi davranış qaydaları öyrənir. Hazırlanan ssenari həmin personalın təlimatlara nə dərəcədə əməl etdiyini ölçmək üçün ən ideal formada hazırlanır və bütün xidmət meyarlarını əhatə edir.
- Ssenarinin inandırıcı olması vacibdir. Bunun üçün Ssenari uyğun bazardakı istehlakçı davranışlarını əks etdirməli və Gizli Müştərilər tərəfindən inandırıcı şəkildə həyata keçirilməlidir. Gizli Müştərilərə ətraflı təlim verilməklə, qarşılaşacaqları suallara və situasiyalara hansı formada cavab və reaksiya verəcəkləri izah edilir. Beləliklə ssenarinin inandırıcılıq ehtimalı artırılır.
- Ssenari tətbiq edilərək satış və ya xidmət mərkəzlərinə ziyarətlər həyata keçirilir.
- Həyatə keçirilən ziyarətlərdən sonra Gizli müştərilər təlim zamanı onlara verilən anketlərin doldurulmasını təmin edirlər.
- Doldurulmuş anketlər şirkət əməkdaşları tərəfindən məntiqi kontrollardan keçirilir.
- Sonuncu mərhələdə qiymətləndirmə meyarları üzrə hesablamalar və analizlər həyata keçirilir. Nəticələr əldə edildikdən sonra Gizli Müştəri araşadırması üzrə hesabat müştəriyə təqdim olunur.
GİZLİ MÜŞTƏRİ ARAŞDIRMALARI / KÖLGƏ MÜŞTƏRİ ARAŞDIRMALARI
Gizli müştəri işi nədir?
Gizli Müştəri Araşdırması nədir?
Gizli Müştəri Araşdırması/ Kölgə Müştəri Araşdırma nədir?
Bir markanın istehlakçı zehnindəki yeri, qiyməti, kampaniyaları, reklamları və məhsul çeşidi nə qədər geniş olmasından asılı olmayaraq, şirkəti uğura aparan və rəqabət üstünlüyü təmin edən ən vacib amil yüksək xidmət səviyyəsi və məmnun müştəri profilidir. Xidmətdə mükəmməllik hər zaman hər bir müştəriyə yüksək səviyyədə xidmət göstərmək bacarığını tələb edir və bu nöqtədə Gizli Müştəri Araşdırmaları xidmətin mükəmməlliyini ölçmək üçün unikal bir üsuldur.
İşçilərinizin təlimləndirilməsi üçün hər il yüksək miqdarda investisiya ayrılır və nəticənin nə qədər gərçəkləşdiyini görmək üçün, əməkdaşlarınızın satdıqları məhsul / xidmət haqqında nə qədər məlumatlı olduğunu və ya müştərilərinizə daha yaxşı xidmət göstərmək üçün qaydalarınızı nə dərəcədə tətbiq etdiyini görmək üçün Gizli Müştəri araşdırması etməlisiniz.
Gizli Müştəri Araşdırması niyə aparılmalıdır?
Gizli Müştəri Araşdırmalarının Faydaları :
- Müştəri məmnuniyyətinin artması
- Məhsullarınızın / xidmətlərinizin təqdim edilməsi standartlarının müəyyən edilməsi
- İşçilərin fəaliyyətində artım
- İşçilərin müştərilərə göstərdiyi xidmət səviyyəsinin artması
- Müştəri ilə sizin arasındakı yeganə körpü olan personalınıza nəzarəti təmin etmək
- Rəqibləri izləmək bacarığı
- Təlim ehtiyaclarının müəyyənləşdirilməsi
- Şirkət gəlirlərinin artması
- Şirkətin öz hədəflərinə çatmasında sürətlənmə imkanı
- Şirkətin inkişaf prosesini izləyə bilmək