Business Insight bütün marketinq, sosial araşdırma layihələrini və promo kampaniyaları ICC/ESOMAR-ın Marketinq və Sosial Araşdırma Təcrübəsi üzrə Məcəlləsində öz əksini tapan ən yüksək peşəkar və etik standartlara və ISO 20252 beynəlxalq standartının tələblərinə müvafiq olaraq həyata keçirir.
2006-cı ildən ESOMAR üzvüyük
ESOMAR – Avropa Fikir və Marketinq Araşdırmaları Cəmiyyəti ayrı-ayrı bazar, istehlakçı qrupları və cəmiyyətlərin daha keyfiyyətlə tədqiq edilməsinə zəmin yaradan dünya miqyaslı təşkilatdır.
100 ölkədə 5000-dən artıq üzvü olan ESOMAR-ın məqsədi real məsələlərin aydınlaşdırılması və effektiv qərarların verilməsində bazar və fikir araşdırmasının dəyərini artırmaqdan ibarətdir.
Dünya miqyaslı araşdırma agentlikləri, şirkətləri ilə əməkdaşlıq etmək, son inkişaf istiqamətləri, tendensiyalar, innovasiyalar və peşəkar təcrübədən xəbərdar olmaq və marketinq, reklam və araşdırma sahəsində mütəxəssislərlə ideya mübadiləsi etmək məqsədilə Business Insight International Research GROUP 2006-cı il iyul ayında ESOMAR-a üzvlük əldə etdi.
BAS proqramı
Əldə etdiyi geniş biliklər və peşəkarlığına görə Business Insight Biznes Məsləhət Xidmətləri Proqramı (Business Advisory Services (BAS) Programme) üzrə Azərbaycanda Marketinq və Marketinq Araşdırma sahəsində qabaqcıl şirkətlərdən biri kimi seçilmişdir.
Bu, Avropa Yenidənqurma və İnkişaf Bankının Turn Around Management (TAM) və Biznes Məsləhət Xidmətləri Proqramı Heyəti tərəfindən icra edilən bir proqramdır. Bu proqram çərçivəsində Business Insight Azərbaycanın bütün bölgələrində fəaliyyət göstərən kiçik və orta miqyaslı müəssisələrə yüksək keyfiyyətli biznes məsləhət xidmətləri ilə təmin etməklə dəstək göstərir. Bu proqram çərçivəsində Business Insight şirkətinin dəstək göstərdiyi müəssisələrin sayı davamlı olaraq artmaqdadır