Azərbaycanda Z Nəsli

2022

Azərbaycanda gənclərin həyat şəraiti necədirOnlar necə hiss edirlər? Arzularına çatacaqlarına inanırlarmı? Onların hansı rəqəmsal vərdişləri var?

Business Insight olaraq Azərbaycanın bütün bölgələrindən 14-25 yaş aralığında olan 1218 gəncin fikirlərini öyrənib sizin üçün təhlil etdik və şərh etdik.

Azərbaycanda 1218 gənc arasında “Azərbaycanda Z nəsli” adında araşdırmanı həyata keçirdik. Bu
hesabatda dünya bazarı ilə əlaqəsini daima yeniləyən və inkişaf etməkdə olan ölkənin xüsusi demoqrafik
qrupu olan gəncləri sosial-iqtisadi və psixoloji əsaslara görə araşdırdıq. Araşdırmamıza keçməzdən əvvəl
əldə etdiyimiz nəticələri vurğulamaq üçün Azərbaycan gənclərinin həyat tərzinə makro səviyyədə nəzər
salmağı faydalı hesab edirik. Təəssüf ki, Azərbaycan gənclərinin ən azı 20%-nin ən mühüm problemlərindən
biri “nə təhsildə, nə də məşğulluqda (NEET-Not in Education, Employment, or Training)” olmamasıdır. Başqa
sözlə ifadə etsək, Azərbaycan gənclərinin əhəmiyyətli bir hissəsini təhsil və iş axtarmayan (bacarmayan),
ailəsi ilə birlikdə yaşayan, iqtisadi cəhətdən ailəsindən asılı olan, sosiallaşması və sosial bacarıqları yetərincə
inkişaf etməmiş “ev gəncləri” təşkil edir. Belə bir mühitdə gənc seqmentlə bağlı yanlış təsəvvürlərdən biri
də yüksək bir ehtimalla “gənclərin ümidsiz, məqsədsiz, cəmiyyətdən uzaq və nə etdiklərini bilməmələridir”.
Hesabatımız isə bu yanlış təsəvvürlərin və bu cür qavrayış şəklinin əksini göstərir.

Azərbaycanda Z Nəsli Araşdırması

Azərbaycanda Z Nəsli Araşdırmasının nəticələrini və hesabatını aşağıdakı formu dolduraraq pulsuz yükləyə bilərsiniz.