Azərbaycanda əhalinin ən çox hansı məhsulların ucuzlaşmasını gözlədiyi məlum olub.

FED.az xəbər verir ki, bu «Business İnsight» şirkətinin apardığı araşdırmada məlum olub.

Sorğudan məlum olur ki, əhalinin böyük hissəsi (61%-dən çox) əsas gündəlik tələbat mallarının ucuzlaşmasını istəyir.

Qiymətininn enməsi arzulanan mallar arasınlda sonrakı yeri benzin, texnoloji və məişət avadanlıqları və kommunal ödənmişlər də var.

8-15 may tarixlərində Azərbaycanın 8 bölgəsində keçirilən sorğuda 1702 respondent iştirak edib.

İştirakçıların 51,5%-i kişi, 48,5%-i qadın olub. Sorğu bütün yaş qruplarını əhatə edib.

Source: Fed.az

Categories: News