Azərbaycanda Instagram istifadəçilərinin sayı kəskin şəkildə artmağa davam edir.
Fins.az xəbər verir ki, bu barədə sorğu “Business İnsight” tərəfindən aparılıb.
Araşdırma göstərdi ki, 17-65 yaş arasında olanların az qala hər iki nəfərindən biri Instagram istifadəçisinə çevrilib. Yaş nisbətləri və gender baxımından Instagram auditoriyasının əsasını kişilər (kişi 52%; qadın 48%) və gənc və orta yaşlıların olduğunu müşahdə edirik (17/45 yaş 73%; 46-65 yaş 27%).
Instagram istifadəçisi olanların isə (600 respondent) cəmi 22%-i Instagram
yolu ilə məhsul aldığını qeyd edir. Maraqlı tapıntılardan biri də odur ki,
gender baxımından Instagram istfadəçilərinin daha çox hissəsini kişilər təşkil etsə də, Instagram yolu ilə məhsul alış-veriş edənlərin əsasını
qadınlar (63%) təşkil edir.(kişilər cəmi 37%). Instagramdan alış-veriş edənlərin əksəriyyəti, yəni 67.2%- 17/35 yaş arasında olan gənclərdir.