Azərbaycan istehlakçısı haqqında Business Insight tərəfindən aparılan araşdırmada bir sıra brendlər ön plana çıxdılar. Vətəndaşlarımızın həyat tərzi haqqında aparılan bu araşdırma bir çox məqamı da üzə çıxardı.

Azərbaycanda istehlakçıların həyat tərzi Bakı sakinləri əsasında araşdırıldı. Araşdırma haqqında ətraflı məlumat üçün xəbərimizi oxumağa davam edin.

Azərbaycan istehlakçısı haqqında Business Insight tərəfindən aparılan araşdırmada bir sıra brendlər ön plana çıxdılar. Vətəndaşlarımızın həyat tərzi haqqında aparılan bu araşdırma bir çox məqamı da üzə çıxardı.

Araşdırma 7 fərqli sferada və sektorda aparılmışdır. Bu sektorlar:

  1. Turizm
  2. Yükdaşıma
  3. Bank
  4. Ayaqqabı
  5. Səhiyyə
  6. Siqaret
  7. Alkoqol

Araşdırma 650 nəfərə edilmişdir. Seçilən kütlənin əsas hissəsi  (36.9%) 26-35 yaş, yaş ortalaması 39-dur. Gender tərkibi bərabərdir. Seçilmiş kütlə içində ali təhsilli insanlar 39% – dir. Respondentlərin orta aylıq gəliri 540, ailələrin orta aylıq gəliri 820 Azn-dir.

Yükdaşıma xidmətlərinin tanınması və istifadəsi:

Daha çox kişilər tərəfindən bilinən yükdaşıma xidməti verən brendlər arasında tanınırlıq və satınalma başlıqlarında aparılan araşdırmada “166” yük taksisi birinci yerdədir. Yəni insanlar tərəfindən daha çox tanınır və həmçinin insanlar ən çox bu firmanın xidmətindən istifadə edir.

Səhiyyə xidməti:

Daha çox dövlət xəstəxana və poliknikaları respondentlərin seçimlərində üstünlük (54%) təşkil etsə də, özəl klinika seçənlər də (34%) kifayət qədərdir. Ancaq yekun dəyərləndirmədə məmnunluq baxımından özəldən istifadə edənlər bir az önə çıxsa da, səhiyyə xidməti ilə bağlı ciddi məmnuniyyətsizlik var. Xəstəxana seçimində isə həkimin peşəkarlığı və tibbi diaqnozun dəqiqliyi başlıca faktor hesab olunur.  Qurumun peşəkar yanaşması xəstəxana seçiminə təsir edən əsas faktordur.

Bank Sektoru:

Həyat tərzi baxımından dəyərləndirmədə bank sektoru üçün aparılan araşdırmada, Kapital Bank ən çox tövsiyə ehtimalı olan bank olaraq qeyd edilmişdir. Belə ki, əgər respondentlərin yaxını, qohumu və ya tanışı bank xidmətinə ehtiyac duyarsa, onlar birinci olaraq Kapital Bankı (34.2%) məsləhət görəcəklərini vurğulayıblar. Onu da qeyd edək ki, Kapital Bankın ən yaxın rəqibi Azərbaycan Beynəlxalq Bankı 11.2%-dir.

Ayaqqabı mağazaları:

Paytaxt sakinləri arasındakı ayaqqabı brendləri və satınalma davranışı ilə bağlı aparılan araşdırmada respondentlərin 57.1%-i ticarət mərkəzini seçərkən, brend olaraq seçilən FLO 10.8% ilə ayaqqabı brend adlarına liderlik etdi.

FLO mağazaları, bu gün Türkiyə ayaqqabı bazarının müzakirəsiz lideri mövqeyindədir. Birbaşa 9,700-dən çox və dolayı yolla 30.000 nəfərə yaxın insanın işlədiyi FLO Mağazaları ildə 55 milyon cüt ayaqqabı satır. FLO şirkətinin tərkibində çox markalı bir idman anlayışı olan IN Street’in satış nöqtələri də FLO satış şəbəkəsini gücləndirir və yayılmasını artırır.

Siqaret markaları:

Siqaret markaları araşdırmasında Bakı sakinləri Kent siqaretinə üstünlük verirlər. Kent markası 38%-lə ən çox tanınan siqaret markasıdır. Bu siqaret markası 11.7%-lə ən çox istifadə olunan siqaret markası ünvanına sahibdir.

Spirtli içkilər (araq):

Sorğuda iştirak edən vətəndaşların 12.3% i araq istifadəçisi olduğunu bildirmişdir. Araq istifadəçi olan insanların 21.3% i brendə önəm vermədiyini bildirmişdir. İstifadə olunan brendlər içində Nemiroff  siyahıya liderlik edir. Nemiroff brendini Ağsu və Mamedoff təqib edir.

Turizm:

Respondentlərin 55% -i turist olaraq il ərzində səyahət edirlər. İnsanların təqribi olaraq yarısı (48.5%) tətilini ölkə daxilində dəyərləndirərkən, ilk üçlükdə müvafiq olaraq Qəbələ, Quba, Qusar olmaqdadır.

Tətil üçün xarici ölkələrə səfər etməyi sevənlər arasında isə Türkiyə, Gürcüstan, Rusiya müvafiq olaraq liderlik edir.

Mənbə: Markzone.az

Categories: Xəbərlər