Araşdırmanın səbəbi bu mövzunu öyrənərək statistik məlumatlar əldə etmək və bu sahədə müəssisələri məlumatlandırmaqdır.

Artıq müəyyən müddətdir ki, Business Insight tərəfindən aparılan bir sıra aktual və maraq doğuran araşdırmaları sizinlə bölüşürük. Məhsul və xidmət seçimi üzrə istehlakçı davranışlarının detallı şəkildə araşdırılması nəticəsində hazırlanmış maraqlı mövzulardan birini də bu gün sizinlə paylaşmaq istərdik. İndi isə yenidən Business Insight şirkəti tərəfindən aparılan “İstehlakçı davranışlarının mahiyyəti və xüsusiyyətləri” haqqında araşdırmanı sizlərə təqdim edirik.

Araşdırmanın səbəbi bu mövzunu öyrənərək statistik məlumatlar əldə etmək və bu sahədə müəssisələri məlumatlandırmaqdır.

Araşdırma klassik telefon sorğusu(CATI)  vasitəsilə Bakı və Azərbaycanın 7 regionu əhatə edir. Təsadüfi seçim metodu ilə 1255 respondent arsında aparılan sorğuda xanımlar və kişilər bərabərlik təşkil edir. Orta yaşı 43 olan respondentlər arasında 26-35 yaş aralığı daha üstündür. Sorğuda iştirak edənlərin 76.6%-i evli olmaqla bərabər 63.9%-i orta təhsilə sahibdir. Bunu da bildirmək istəyirik ki, respondentlerin ailə gəliri 720 AZN və şəxsi gəliri 520 AZN təşkil edir.

İndi isə gəlin araşdırma aparılan sektorlara keçid edək:

Market seçimi:

Hazırda Azərbaycanda, xüsusilə Bakıda müəyyən aralıqlarla və davamlı olaraq yeni marketlər əhalinin istifadəsinə verilir. Bunlarla yanaşı Azərbaycanda əhalinin rəğbətini qazanmış bir sıra marketlər də artıq illərdir fəaliyyət göstərir.

Aparılan araşdırmada marketlərlə bağlı istehlakçı seçimini bilmək üçün 2 sual üzərində durulmuşdur:

  1. Ən çox qida alış-verişini hansı şəbəkə marketdən edirsiniz?
  2. Nəqliyyat, pul və vaxtınız olsa, ən çox getmək istədiyiniz market hansıdır?

Bakı sakini olan 591 respondent əsasında aparılan market araşdırmasında istehlakçı kütlə üçün alış-veriş seçimində ilk pillədə Araz marketləri olsa da, qavrayışlarındakı ən populyar market isə BRAVO brendidir. Onların ardınca isə Bazarstore müştəri seçimində digər marketlərlə nisbətdə öz üstünlüyünü göstərir.

Müştərilərə verilən 2 suala gədikdə isə ümumi respondentlərin 55.3%-i, yəni 327 nəfəri hər iki sualda da eyni marketin adını qeyd edib. Lakin respondentlərin 44.7%-i 2-ci sualda fikrini dıyişərək fərqli marketin adını bildirib.

Fikrini dəyişən 264 respondent arasında xanımlar və kişilər bərabərlik təşkil edir. Əldə olunan faktlardan biri isə fikrini dəyişənlər arasında yaşlıların üstünlüyü daha çoxdur. Beləki, fikrin dəyişən 264 respondentin 41%-i olan 108 nəfər 18-35 yaş arası gənclər, qalan 59%-i, yəni 156 nəfər isə 36-65 yaş arası olan respondentlərdən ibarətdir.

Araşdırmadan çıxan bir digər fakt da odur ki, öz fikrini BRAVO-nun lehinə dəyişənlər əsasən Araz marketlərin müştəriləridir. Bu nəticəyə əsasən BRAVO-nun ən ucuz marketlər siyahısında olmasına baxmayaraq, hələ də əlçatan olmadığı görünür.

Kərə yağı seçimi:

İnsanların günlük ehtiyac duyduğu məhsullardan biri olan kərə yağı da araşdırmanın bir hissəsini təşkil edir. Sorğu nəticələri də göstərir ki, əhalinin qida rasionunda kərə yağının xüsusi çəkisi cəmi 52% təşkil edir. Bir digər fakt da odur ki, əhali Marqarin və Melanj yağlarını da kərə yağı kimi bilərək istifadə edir.

Araşdırmaya əsasən son zamanlar istifadəsi artan və xüsusilə də kənd rayonlarında yaşayan istehlakçı kütlə tərəfindən istifadə edilən nehrə yağının da istehlakı artıb. Daha dəqiq desək, nehrə yağından istifadə edənlər Bakı şəhərində 41% təşkil etdiyi halda, regionlarda bu göstərici 59%-dir.

Ümumi istifadə səviyyəsinə görə kərə yağı markaları siyahısına Westgold liderlik edir. Onun ardınca isə ikinci yerdə Anchor markası gəlir. Sorğunu bölgələr üzrə ayırdığımız zaman isə Bakı şəhərində 30.0% ilə Anchor, regionlarda isə 25.8%-lə  Westgold əhali tərəfindən ən çox istifadə edilən kərə yağıdır.

Mətbəx mebeli seçimi:

İnsanların mətbəx mebelinə olan tələbatını və zövqlərin müxtəlifliyini nəzərə alaraq evlərdəki mətbəx mebelinin hansı markadan olduğu araşdırılıb. Araşdırma nəticəsində mətbəx mebeli bazarının əsasını sex mebellərinin təşkil etdiyi məlum olub. Sorğuya verilən cavablar göstərdi ki, respondentlərin %50.1-i sex mebellərinə üstünlük verir.

İstifadə edilən mətbəx mebeli brendlərinə baxdığda isə yerli mebel bazarının flaqmanı olan Embawood şirkəti %8.4 ilə siyahıya liderlik edir. Sıralamanın ikinci yerində isə %0.8 ilə Madeyra şirkəti yer alır. %0.1 ilə Dəniz mebel aparılan sorğu nəticəsində sonuncu yərdədir. Araşdırma görə Azərbaycanda mətbəx mebellərinin orta istifadə müddətinin 9 il olduğu məlum olub. Həmçinin mətbəx mebellərinin 5-10 il arasında daha çox istifadə edildiyi bilinmişdir.

Divan kreslo seçimi:

İnsanlar öz qonaq otaqlarını daha zövqlü şəkildə döşəmək niyyətində olduqlarından seçim zamanı da daha rasional və daha rahat imkanları göz önündə tuturlar. Nəticədə onlar bu rahatlığı sexlərdə düzəldilmiş və ya brendsiz olan divan kreslolarda tapdıqlarını deyib.

Sorğu nəticəsində də respondentlərə “evinizdəki divan kreslo hansı markadandır?” sualına iştirakçıların %65.1-i sex mebellərinə üstünlük verdiklərini bildirib. Sorğuda ikinci yerdə isə Embawood sirkəti yer alıb. İkinci yerdə olan Embawood şirketini %3.2 ilə Madeyra şirkəti təqib edir.

Araşdırma ilə belə bir nəticə də ortaya çıxır ki, Azərbaycan da divan kreslo mebellərinin istifadə müddəti həddindən artıqdır. Beləki onların istifadə müddətinin təxminən 10 il olduğu görünür.

Texnoloji avadanlıqlar mağazası seçimi:

Araşdırmanın növbəti sorğusunu isə texnoloji məhsul aldığımız zaman seçim etdiyimiz mağazalar təşkil edir. Beləki, texnoloji avadanlıqlar, yəni məişət texnikası, telefon, kompyuter və s. məhsullar alarkən müştərilərin daha çox üz tutduqları mağazalar siyahısına Samsung mağazaları başçılıq edir. Bununla bağlı bir faktı da diqqətinizə çatdıraq ki, bir sıra mağazaların üzərində Samsung markasının loqosu olduğundan insanlar mağazanı Samsung kimi yadda saxlaya bilir.

Sorğu nəticəsində texnoloji avadanlıqların satıldığı mağazalarla bağlı TOP 10 siyahısı formalaşdırılmışdır. Az öncə də bildirdiyimiz kimi Samsung markası siyahıya liderlik edərkən, Kontakt Home 16.3%-lə ikinci yerdə, Baku Electronics isə 3-cü yerdədir. Eurolux markası isə siyahıda 1.1%-lə sonuncu, yəni 10-cu sırada yer alıb.

Televizor seçimi:

1255 nəfər arasından aparılan araşdırmaya əsasən hər 10 Azərbaycanlının dördündən bir az çoxu Samsung markalı TV-dən istidafə edir. Azərbaycanda televizorlarin orta istifadə müddəti isə 7 il davam edir.

Bununla belə, araşdırmada ev təsərrüfatlarının %1-də isə TV olmadığı aşkar edilib. Buna baxmayaraq TV-nin ən çox istifadə olunduğu bölgənin Şəki iqtisadi rayonu olduğu məlum olub. (8 il 3 ay).

Batareya seçimi:

Araşdırmanın növbəti sorğusu batareya sektoru ilə bağlıdır. Bu səbəbdən respondentlərə saat, pult və s. kimi alətlər üçün hansı markalı batareyadan istifadə edildiyi soruşulmuşdur.

Sorğuya cəlb olunan 1255 respondentin 52.8%-i, yəni hər ikisindən biri Duracell markalı batareyadan istifadə etdiyini bildirmişdir. Siyahıda ikinci olaraq isə 8.8%-lə Tianbar markalı batareya yer alarkən, eyni adlı siyahıda ən sonuncu yerdə 0.3%-lə Turbo markalı batareya yer alır.

Bunlarla yanaşı, 2.1% respondent isə onun üçün markanın fərqi olmadığını bildirib. Həmçinin sorğu iştirakçılarının 19.8%-i istifadə etdiyi batareya markasını bilmədiyini və ya xatırlamadığını qeyd edib.

Qol saatı seçimi:

Azərbaycanda bəzi hallarda insanlarin saatlara çoxlu pul xərclədiyinin şahidi olsaq da, bu halın o qədər də populyarlıq təşkil etmədiyini görərik.

Aparılan sorğuya əsasən məlum olmuşdur ki, respondentlərin yalnız 36.3 faizi qol saatı istifadə edir. Araşdırma nəticəsində gender baxımından qol saatı taxmayanların %51-nin xanımlar olduğu müəyyən olunub. Sorğu zamanı respondentlərdən 49-nun 2 ədəd qol saatından istifadə etdiyi də görülüb.

Qol saatı markalarına gəldikdə isə Tissot markası 14.9%-lə siyahıda liderlik edir. Ümumi olaraq isə taxılan saat markası kimi 82 adda marka qeyd olunmuşdur.

Avtomobillərin icbari sığortasını edən sığorta şirkətləri seçimi:

Növbəti sektorumuzla bağlı sorğu göstərdi ki, 1255 istehlakçı arasında 48%-nin, yəni 602 respondentin avtomobili var. Avtomobili olan 602 nəfərin sadəcə 49%-i konkret olaraq icbari sığorta olduqları şirkətin adını qeyd edə bilib. Eyni zamanda respondentlərin 50%-i avtomobilin özünə məxsus olmadığını deyərək sığorta prosesindən xəbərsiz olduğunu bildirib. Bu səbəbdən də bu suala cavab verə bilməyib. Həmçinin sorğu işrirakçılarının 1%-i avtomobilinin hazırda sığortası olmadığını qeyd edib.

Araşdırmanın nəticələrinə baxdıqda “PAŞA Sığorta” şirkəti avtomobil sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə 23.6%-lə lider mövqedədir. Bununla yanaşı seçim edilən şirkətlər arasında 23.0%-lə “ATA Sığorta” 2-ci, “Atəşgah Sığorta isə 17.6%-lə 3-cü sırada qərarlaşıb. Mövcud siyahıda sonuncu yerdə isə 0.3%-lə “Azərbaycan Sənaye Sığorta” şirkətidir.

Şampun seçimi:

Ən çox istifadə olunan şampunlar arasında yer alan Head&Shoulders Azərbaycanda da öz liderliyini qoruduğu qeyd olunub. Ümumiyyətlə bir neçə ildir ardıcıl edilən araşdırmalarda Head&Shoulders şampun bazarında mövqeyini qoruyub saxlaya bilmişdir. Xüsusilə Azərbaycanda da kişilər arasında üstünlük təşkil edən bu brend artıq getdikcə xanımlar arasında da populyarlıq qazanmışdır. Nəticə olaraq Head&Shoulders şampunlarını tövsiyə edənlərin %61.4-ni, yəni 396 nəfəri kişilər təşkil etdiyi halda qalan %38.6-ni isə xanımlar təşkil etdiyi bilinib.

Sıralamada ikinci yerdə Unilever-in məhsulu olan və xüsusən də 35-65 yaş kategoriyasındakı xanımların seçimi olan Elidor yer alır. Elidor markasını isə Pantene PRO-V şampunları təqib edərək 3-cü olaraq qərarlaşıb.

Diş pastası seçimi:

Aparılan sorğu nəticəsində Azərbaycan da ağız boşluğu və diş sağlığı üçün istifadə edilən pastalar arasında Colgate %63.6 ilə sıralamada liderlik edir. Araşdırmaya əsasən Procter&Gemble istehsalı olma Blend-A-Mend diş məcunu isə sıralamada ikinci yerdə qərarlaşıb. Bir digər maraq doğuran fakt isə Blen-A-Mend diş məcunundan Quba rayonunda yaşayan sakinlərin(%30.7) daha çox istifade etdiyidir. Həmçinin  Blend-A-Mend diş məcunundan ən az istifadə edənlər isə 17.2%-lə ilə Mingəçevir sakinləridir.

Kağız salfetka seçimi:

Hazırda bir çox azərbaycanlının istifadə etdiyi məhsullardan biri də kağız salfetkalardır. Bunu nəzərə alaraq aparılan sorğunun nəticələrinə baxdığımızda azərbaycanlıların süfrə aksesuarı kimi daha çox SUN markalı kağız salfetkalardan istifadə etdiyi görünür.

1255 respondentə yönləndirilən “son bir aydır hansı markalı kağız salfetka istifadə edirsiniz?” sualına 55.5%-lə SUN liderlik edir. Həmçinin SUN markalı kağız salfetka  Azərbaycanın ilk gigiyenik kağız markası hesab edilir. Bu marka istifadəçilərinin 43%-i Bakıda, 57%-i isə regionlarda yaşayanların payına düşür.

Digər faktlara baxdığımızda görürük ki, əhali tərərfindən istifadəyə görə 18.0%-lə Selpak ikinci, 13.0%-lə isə Aura markası üçüncü yerdədir.

Həmçinin istifadə etdiyi markanı xatırlamadığını və ya kağız salfetka istifadə etmədiyini deyənlər respondentlərin cəmi 10.5%-i təşkil edir.

Saqqız seçimi:

Azərbaycanda xüsusilə gənclərin sıxlıqla istifadə etdiyi məhsullardan olan saqqız da araşdırmanın bir hissəsini təşkil edir.

Bəzən həkimlər belə an azından yeməkdən sonra cəmi 3-5 dəqiqə saqqız çeynəməyin həzm sistemi üçün faydalı olduğunu vurğulayır. Bu məqsədlə sorğu iştirakçılarına ən çox bəyəndikləri saqqız markası soruşuldu. Nəticələrə baxıldıqda, ilk pillədə 43.1%-lə Dirol markası olarkən, ikinci pillədə Orbit markası 23.3%-lə yer alır. Ümumiyyətlə saqqız istifadə etmədiyini bildirənlər isə 14.3%-dir.

Bir digər fakt da odur ki, Dirol saqqız brendindən istifadə edənlər arasında kişilər 51%-lə qadınlarlardan(49%) az da olsa, üstünlük təşkil edir.

Maraqlı nəticələrdən biri də əgər respondentləri gənclər və yaşlılar kimi qruplara ayırsaq, yaşlı nəslin(35-65 yaş) 53%-lə gənc nəsildən(18-35 yaş) daha çox Dirol saqqızından istifadı etdiyini görərik.

Respondentlərdən gələn cavablara əsasən ən az seçim edilən saqqız brendi isə 0.1%-lə Turbo markasıdır.

Mənbə: Markzone.az 

Categories: Xəbərlər