Xidmət göstərdiyimiz sektorlar

Sənaye Məhsulları

Sənayə məhsulları

Bu gün şirkətlər texnologiya və sənayedə əhəmiyyətli layihələrə imza atırlar. Bu layihələrin reallaşdırılması zamanı ortaya çıxan hər hansı bir maneəni dəf etmək üçün hərtərəfli bazar araşdırması böyük əhəmiyyət kəsb edir. Business Insight sənaye istehsalı adı altında bütün alt sektorlarda fəaliyyət göstərən şirkətlərin ehtiyac duyduğu B2B araşdırma xidmətlərini təqdim edir.

Pərakəndə

Pərakəndə

Perəkandə sektorunda xüsusən istehlakçı davranışlarında hər keçən gün dəyişikliklərin şahidi oluruq. Pərakəndəçilərin istehlakçı ehtiyaclarını daha yaxşı başa düşməsi və sədaqət səviyyəsini yüksək tutması üçün mümkün qədər istehlakçı ilə təmasda olması vacibdir.

Uzunmüddətli İstehlak malları

Uzunmüddətli İstehlak

Bu kateqoriyadan olan mallar ani deyil, istehlakçıların uzun müddət boyunca istifadə etməyə davam etdiyi mallardır. Beləliklə, istehlakçılar bu qəbildən olan məhsulları satın alarkən bir çox amilləri nəzərə almaqdadır. Business Insight olaraq məişət və elektronika məhsulları satan firmalara öz istehkçılarını anlamaqda yol göstərməyə davam edirik.

Geyim / Moda

Geyim / Moda

Geyim sektorunda dəyişən tendensiyalara fərqli reaksiya verən və fərqli məhsullarla maraqlanan ayrı ayrı qruplar, yəni hədəf auditoriyanın bölgüsü aparılmalıdır. Bu parametrlər üzrə moda sektorunda Business Insight, istehlakçı tələblərini, alış-veriş davranışlarını və marka təcrübələrini təyin etmək üçün sizə rəhbərlik edir.

Nəqliyyat / Logistika

Nəqliyyat / Logistika

Bu gün tədarük zənciri anlayışının dəyişməsi və outsource perspektivinin inkişafı uyğun olaraq, logistika sektorunun tədarük zəncirindəki prosesləri idarə etməsinə gətirib çıxarıb. Business Insight olaraq təqdim etdiyimiz araşdırmalarla rəqabətcil nəqliyyat sektorundakı imkanları göstəririk və uğurlu olmaq üçün "yol xəritənizi" yaradırıq.

Səyahət / Turizm

Səyahət / Turizm

Texnologiyanın inkişafı digər sektorlar kimi Turizm sektorunda da öz təsirini göstərməkdədir. Belə ki, agentliklərin və otellərin əlində olan xidmət sektorunun mühüm hissəsi rəqəmsal mərkəzli şirkətlərin nəzarəti altına keçib. Turistlərin seçim kriteriyalarını öyrənmək və araşdırmaq isə bu sektorun oyunçuları üçün yollarına tutulan işıq olacaqdır.

Avtomobil Sənayesi

Avtomobil Sənayesi

Business Insight hədəf bazar təhlili, marka vədi, məhsulun inkişafına uyğun satış, məhsul dizaynının optimallaşdırılması, avtomobil markası qavrayışının və təcrübəsinin inkişafına doğru addımlar atmaq kimi sənayenin bütün tədqiqat sahələrində əlavə dəyər yaradan araşdırmalar təqdim edir.

Səhiyyə

Səhiyyə

Son illər marketinq kommunikasiyası səhiyyə müəssisələrində vacib və əvəzedilməz bir mövzu halına gəlmişdir. Rəqabətcil səhiyyə bazarında varlığını qorumalı olan özəl tibb müəssisələri buna nail olmaq üçün müştəri/pasiyent məmnuniyyətini təmin etməlidirlər.

Sosial / İctimai Təşkilatlar

Sosial / İctimai Təşkilatlar

Cəmiyyətin yaranan sosial problemləri necə qəbul etdiyini və qiymətləndirdiyini, hadisələrə münasibət və davranışlarının necə dəyişdiyini ortaya çıxarmaq üçün Business Insight sosial təşkilatlarla birgə araşdırmalara davam etməkdədir

İT / Telekommunikasiya

İT / Telekommunikasiya

Baş verən texnolojik inkişaflar həm markaları, həm də müştəriləri məmnun etmək üçün xidmət etməlidir. Gündəlik həyatın mərkəzinə çevrilən texnologiya şirkətləri ilə Business Insight istehlakçıları daha yaxşı tanımaq və real gözləntini müəyyənləşdirmək üçün araşdırmalar aparmağa davam edir.

Maliyyə / Bank

Maliyyə / Bank

Business Insight müştərilərinə bank və kapital bazarlarının, sığorta sənayesinin və bütün maliyyə xidməti göstərən şirkətlərin istehlakçıları ilə əlaqəsini araşdırmaqda və dərin düşüncəyə əsaslanan fəaliyyət planlarını təqdim etməkdə kömək edir.

Gündəlik Təlabat Malları

Gündəlik Təlabat Malları

Qida məhsullarından tutmuş təmizlik məhsullarına və yuyucu vasitələrə qədər istehlakçıların gündəlik həyatlarında ehtiyac duyduğu bütün məhsullar bu sektorun məhsullarıdır. Çeşid və rəqiblərin çox olduğu bu sektorda mövcud olmaq üçün istehlakçı istək və arzularını öyrənmək sektor oyunçularının əsas hədəfidir.